Azərbaycan çempionatına start verildi
Bu gün Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatına start verilib.
Komanda.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin İdman şöbəsinin əməkdaşı İntiqam Səfərov MOK-un 30 illik fəaliyyəti dövründə idmanda qazanılan uğurlardan danışıb. Öz növbəsində yarış iştirakçılarına uğurlar arzulayan Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev çempionatı açıq elan edib.
Daha sonra 5 çəki üzrə həlledici qarşılaşmalar keçirilib. İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.
38 kq
- Məhərrəm Rzayev (Gəncə)
- Kamal Əhmədov (Şirvan, Neftçi)
- Rəşid Nazarov (ROİL), Ruslan Əlizadə (Lənkəran)
44 kq
- Muhamməd İsmayılov (MOİK)
- Hüseyn İsmayılov (Gəncə)
- Rusif İspərov (Lənkəran), Elgün Məmmədov (Gəncə)
52 kq
- Hüseyn Hüseynov (Pəhləvan)
- Elcan İsmayılzadə (ROİL)
- Mülkalı Bakdəmirov (Qobustan), Nicat Həsənov (Təhsil)
62 kq
- Məhəmməd Abbaszadə (UGİM-5, ROİL)
- Elçin Fərziyev (Lənkəran)
- Ülfət Məmmədov (Pəhləvan), Hüseyn Cəbiyev (Abşeron)
75 kq
- Şeyxəli Babazadə (DİN)
- İlqar Nəzərli (Abşeron)
- Rauf Ramaldanov (Pəhləvan), Əhməd Lələyev (Zaqatala)
Qeyd edək ki, iyunun 8-də sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər müəyyənləşəcək.
Bizi Facebook-da izləyin