Azərbaycan çempionatı: Qalib bu gün məlum olacaq

Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında 11-ci turun görüşləri reallaşacaq.

Komanda.az xəbər verir ki, sonuncu turdan sonra qalibin adı bəlli olacaq.

Hazırda 6,5 xala malik şahmatçılardan Səbinə İbrahimova, Gövhər Beydullayeva və Xanım Balacayeva müvafiq olaraq ilk “3-lük”də yer alırlar. 5,5 xalı olan Nərmin Abdinova 4-cü, ondan yarım xal az toplayan Ayan Allahverdiyeva 5-ci pillədədir.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir. Ləman Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nurtan Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Azərbaycan çempionatı

11-ci tur

Nərmin Abdinova – Xanım Balacayeva

Gövhər Beydullayeva – Zeynəb Məmmədyarova

Gülnar Məmmədova – Ayan Allahverdiyeva

Xəyalə Abdulla – Ləman Hacıyeva

Türkan Məmmədyarova – Nurtan Nuriyeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button