Azərbaycan çempionatı keçiriləcək

Mayın 5-6-da çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunacaq yarışda U-17, U-20 və böyüklər arasında ölkə çempionları müəyyənləşəcək.

Çempionatın keçirilməsində məqsəd çimərlik güləşində kütləviliyə nail olmaq və müvafiq yığma komandaların tərkibini formalaşdırmaqdan ibarətdir.

Mayın 5-də U-17 və U-20 yaş qrupu mübarizə baş tutacaq. Növbəti gün isə böyüklər arasında yarış keçiriləcək. Görüşlər hər gün saat 11:00-da başlayacaq.

Qeyd edək ki, U-17 yaş qrupunda 50, 60, 70 və 80 kq, U-20 və böyüklər arasında isə 70, 80, 90 və +90 kq-da qaliblər müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button