Azərbaycan boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, milli üzvü Braqada keçirilən beynəlxalq turnirin qalibi olub.

Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

O, finalda isə bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button