Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Komanda.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.
Rəqibini məğlub edən boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də baş tutacaq.
34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin