Azərbaycan boksçularından Qazaxıstanda 4 medal

Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Komanda.az xəbər verir ki, millinin heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə bürünc medalla kifayətlənib.

Azərbaycanı Aktauda hakim kimi İlqar Qasımzadə təmsil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button