Azərbaycan boksçuları Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan yığması bu gün – iyunun 1-də Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanır.

Komanda.az xəbər verir ki, milli üzvləri Belarusun paytaxtı Minskdə baş tutacaq 2-ci Avropa Oyunlarına hazırlığın son mərhələsinə qatılacaqlar.

15 gün ərzində baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çalışacaq. Toplanış Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə olacaq.

Qeyd edək ki, “Minsk 2019” 2-ci Avropa Oyunları 21 – 30 iyunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button