Azərbaycan boks millisində yeni baş məşqçi

Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.

Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı mütəxəssis Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və olimpiya çempionları yetişdirib.

Xocayev 2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev həmçinin Özbəkistanın əməkdar məşqçisidir, “Dostluq ordeni” ilə təltif edilib. O, 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub, nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Xocayev bu postda müqavilə müddəti başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button