Federasiyada rəhbər dəyişikliyi: Bir nazir gedir, o biri gəlir
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-nin hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək. (Report)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin