
Azərbaycan – Belarus matçına satılan biletlərin sayı açıqlanıb
Azərbaycan və Belarus milli komandaları arasında Masazırda keçiriləcək yoldaşlıq oyununa bilet satışı davam edir.
Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutacaq matça indiyə qədər 2000-dən bir qədər az bilet satılıb.
Stadion 8700 azarkeş tutumuna malikdir.
Azərbaycan – Belarus oyunu bu gün keçiriləcək və matça saat 21:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



