“Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var”

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində “Sərhədçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Məşqçi karyeramda böyük fasilə yaranmışdı. “Sabah”dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib. İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button