Azərbaycan Basketbol Liqasında 15-ci turun proqramı açıqlandı

Azərbaycan Basketbol Liqasında 15-ci turun proqramı açıqlanıb.

Komanda.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar 26 fevral-1 mart aralığında təşkil olunacaq.

Fevralın 26-da, saat 19:00-da Bakı İdman Sarayında “Neftçi” və “Abşeron” komandaları üz-üzə gələcək.

Fevralın 27-də, eyni saatda “Ordu” – “Quba” və “Sumqayıt” – “Gəncə” qaşılaşmaları təşkil olunacaq. Matçlar müvafiq olaraq “Sərhədçi” İdman Mərkəzində və Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

Fevralın 28-də, saat 16:00-da “Sərhədçi” İdman Mərkəzində NTD “Sərhədçi” ilə, saat 19:00-da eyni arenada “Naxçıvan” “Sabah”la münasibətlərə aydınlıq gətirəcək.

Tura martın 1-də, saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində “Şəki” – “Lənkəran” oyunu ilə yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button