Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçildi

Azərbaycan Basketbol Federasiyasının (ABF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Komanda.az xəbər verir ki, gənclər və idman nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra ABF-nin son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və qurum rəhbərliyinə yeni seçki keçirilib.

Təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək.

1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi.

Emin Əmrullayev həm də təhsil naziridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button