
Azərbaycan badmintonçusu Parisdəki ilk görüşündə qələbə qazandı
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 2:0, (21:18, 21:11).
E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin