Azərbaycan badmintonçusu Bakıda keçirilən turnirdə 1/8 finala yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.
Azərbaycan Badminton Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffa 2:1 (21:15, 21:23, 22:20) hesabı ilə qalib gəlib.
Badmintonçu 1/8 finalda hindistanlı Qovind Krişna ilə qarşılaşacaq.
Digər badmintonçumuz Diki Pangestu isə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi Pablo Abiana 1/16 finalda 0:2 (23:25,15:21) hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin