Azərbaycan avarçəkəni İtaliyada keçirilən turnirdə “gümüş” qazanıb
Azərbaycan təmsilçisi Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, 34 yaşlı idmançı bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 – 08:05:47) dörd saniyə geri qalan Dımçenko turnirin gümüş mükafatına sahib çıxıb.
Diana Dımçenko ötən il eyni yarışda qızıl medal əldə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin