Azərbaycan atleti Qazaxıstanda “bürünc” qazanıb
Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində Dünya Atletikasının bürünc səviyyəli yarışı olan Qusman Kosanov Memorialında uğurlu çıxış edib.
Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, milli üzvü üçtəkanla tullanmada 16.12 metr nəticə göstərib.
Bu nəticə ilə Məmmədov bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin