
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı
Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lunyov uğurlu çıxış edib.
Komanda.az xəbər verir ki, o, 25 metr məsafəyə atəş üzrə yarışda birinci olub.
Lunyov ardıcıl və dəqiq atışlarla 574 xalla (14x) rəqiblərini qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



