Azərbaycan Ağırlıqqaldırma Federasiyasının iclası keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

AAF-nin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, toplantı qurumun mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə gerçəkləşib.

İclasda milli komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər.

Yığmanın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və qarşıdakı yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib.

Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button