Azərbaycan – ABŞ: 12:2

Gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandasıyla birgə hazırlıq keçir.

Bu gün tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.

Qonaq komandanın baş məşqçisi, olimpiya çempionu Con Peterson daha sonra AGF-nin rəsmi saytına açıqlama verib:

“Bir neçə gündü ki, Bakıda yığmanızla birgə toplanış keçirik. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dönəmində Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button