Azəraycan təmsilçisi Avropa Kubokunda mübarizəni dayandırdı

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.

Komanda.az xəbər verir ki, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunub.

Moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyukun idarə etdiyi görüş rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.

İslandiya təmsilçisi ötən gün baş tutan ilk oyundan da qalib ayrılmışdı – 30:25.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button