
Azər Əliyev ermənilərə qarşı 69 dəqiqə oynadı
Rusiyanın “Ufa” klubu qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Kiprdəki hazırlıq prosesi çərçivəsində Ermənistanın “Ararat” klubu ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Əliyev 69-cu dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin