Azər “Lokomotiv”ə qol vurdu, komandası darmadağın oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 45+2-ci dəqiqədə Əliyev vurub.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 27 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin