
Azər Bağırov: “Oyun heç-heçə də bitə bilərdi”
“Kəpəz” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən konfransında açıqlama verib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci hissədə aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır”.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin