Azyaşlı idmançıyla 500 dəfədən çox cinsi əlaqədə olan məşqçiyə 15 illik həbs
ABŞ-ın Ohayo ştatının məhkəməsi Betel-Teyt qəsəbəsindəki orta məktəbdə futbol, basketbol və atletika üzrə məşqçi işləyən Çad Uilhoffu 15 il müddətinə azadlıqdan məhrum edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 42 yaşlı məşqçinin azyaşlı ilə cinsi əlaqədə olmasıdır. O, həyat yoldaşının qohumu olan gənc idmançını məşqə çağırıb və onunla intim münasibətdə olub.
Uilhoff qurbanını 12 yaşından 16 yaşına qədər cinsi istismara məruz qoyub. Münasibət 2002-ci ildən 2007-ci ilə qədər çəkib və bu müddət ərzində məşqçi gənc xanımla 500 dəfədən çox cinsi əlaqədə olub. Amma zərərçəkmiş baş verənləri indi açıqlayıb. Məhkəmə heyəti Çadı 10 maddə üzrə təqsirli bilib.
Bundan başqa, Uilhoffun başqa bir qız və bir oğlana qarşı təcavüz ittihamları da olub.
Bizi Facebook-da izləyin