“Azlıqda qalandan sonra da müdafiədə oturmadıq”
“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfrasında bunları söyləyib:
“Birinci hissədə üstünlüyümüz var idi. Qol imkanlarımız da oldu. Yalnız birindən istifadə edib, qol vurduq. Digər epizodlardan da lazımınca istifadə etməli idik. İkinci hissəyə pis başladıq, qapımızda qol gördük. Öz səhvimizdən ikinci qolu buraxdıq. Bundan sonra qırmızı vərəqə aldıq. Son nəticədə də 1:4 hesabı ilə uduzduq. Uşaqlar futbol oynamaq istəyirdilər, oynayırdılar da. Azlıqda qalandan sonra da müdafiədə oturmadıq. Hücumlar təşkil etdik. Hesab fərqini azaltmaq istəyirdik, amma alınmadı”.
Bizi Facebook-da izləyin