Əziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu
Əziz Yıldırım “Fənərbaxça”nın prezidenti postuna namizədliyini irəli sürüb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
“Sarı-lacıvərdlilər”in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-də baş tutacaq mətbuat konfransında cavablandırılacaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koçdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin