Azərbaycan millisinin superfinal üçün heyəti məlum olub

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbatov.

B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button