“Mən bunu istəyirdim və mənə lazım idi” – Qrizmann
“Atletiko”nun hücumçusu Antuan Qrizmann azarkeşlərlə münasibətindən danışıb.
Komanda.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, o, fanatları küsdürməyi xoşagəlməz hal adlandırıb:
“Atletiko” azarkeşləri mənim üçün hər şey edirdilər. Lakin bir anda getməyə qərar vermişdim. Çünki mən bunu istəyirdim və mənə lazım idi. Təbii ki, azarkeşləri küsdürmək xoşagəlməz haldır”.
Fransalı hücumçu 2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçsə də, 2021-ci ilin yayında yenidən paytaxt təmsilçisinə qayıdıb.
Cari mövsümdə o, “Atletiko”nun heyətində İspaniya La Liqasında 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin