Baş məşqçi azarkeşlərdən üzr istədi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 36-cı turunun “Brayton”la matçından sonra (0:3) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib:

“Qeydə alınan nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. Bu, qəbuledilməzdir. Daha aqressiv oynamalıydıq. Rəqib bizi yaxşı cəzalandırdı.

Mən hər zaman futbolçularımın arxasındayam. Məğlubiyyətə görə günahkar mənəm. Öz meydanımızda belə məğlubiyyət aldıqdan sonra başqası haqda danışmazdan öncə özümüzü təhlil etməliyik”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 81 xalla ikinci, “Brayton” isə 58 xalla altıncı pillədə yer alır. Lider isə “Mançester Siti”dir – 85 xal.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button