Azarkeşlər Kannavarodan narazıdır

Zaqreb “Dinamo”sunun baş məşqçisi Fabio Kannavaro tezliklə Xorvatiyadakı işini itirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dinamo” “Riyeka”ya 0:4 hesabı ilə uduzduqdan sonra Zaqreb klubunun azarkeşləri ona qarşı çıxıb.

Azarkeşlər uğursuz keçən matçda italiyalı məşqçiyə tüstü bombaları ataraq narazılıqlarını bildirməyə başlayıblar. Bununla belə, klub rəhbərliyi hələlik baş məşqçinin tərəfindədir.

Kannavaro futbolçu kimi 2006-cı ildə “qızıl top”u qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button