Azarkeşlər Messinin iştirak etmədiyi oyuna görə təzminat alacaqlar
“İnter Mayami” ilə Honq-Konq millisi arasında keçirilən yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər ABŞ klubunun hücumçusu Lionel Messinin bu görüşdə iştirak etməməsindən narazılıqlarını bildiriblər.
Matçın təşkilatçıları ilə hansısa hüquqi prosesdən imtina edənlərə kompensasiya veriləcək.
Fevralın əvvəlində “İnter Mayami” ilə Honq Konq millisi arasında yoldaşlıq oyunu keçirilib. Tribunada 38 323 tamaşaçı olub. Messi zədə səbəbindən bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Oyuna biletin minimum qiyməti 115 avro olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin