“Azarkeşlərin haqqımda nə düşündüyü məni maraqlandırmır” – Sautqeyt

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatında ehtiyatlı oyun tərzi ilə bağlı tənqidlərə cavab verib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Sautqeyt insanların onun haqqında nə düşünməsinin onu maraqlandırmadığını bildirib:

“Azarkeşlərin haqqımda nə düşündüyü məni maraqlandırmır. Əsas odur ki, komandaya dəstək olsunlar. Yaxşı etdiyimiz hər şeyi itirməmək üçün diqqətli olmalıyıq. Bizə meydanda sabitlik və inam lazımdır. Kənar məsləhətlərə diqqət yetirməyə ehtiyac yoxdur, biz gördüyümüz işdə arxayın olmalıyıq”.

İngiltərə millisi öz qrupundan birinci yerlə Avropa çempionatının pley-off mərhələsinə yüksəlib.

Sautqeytin komandası 1/8 finalda Slovakiya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button