“Azarkeşlərin dəstəyinə ehtiyacımız var” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin müdafiəçisi Ervin Koffi “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 14-cü tur oyunundan əvvəl təəssüratlarını bölüşüb.
Komanda.az klubun rəsmi televiziyasına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib:
“Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında “Zenit”ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir edəcək. Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik.
Son nəticələrin pis olmasına baxmayaraq, azarkeşlərin dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar”.
Noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçı saat 15:30-da start götürəcək.
Bizi Facebook-da izləyin