“Azarkeşlərin 99 faizi bizim uduzmağımızı istəyir” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqada “Mançester Siti” ilə təxirə salınmış oyun öncəsi mətbuata açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis komandasının məğlub olmasını istəyən insanları başa düşmədiyini bildirib:

“Sosial şəbəkələrə baxsaz, azarkeşlərin 99 faizi bizim “Mançester Siti”yə uduzmağımızı istəyir. Komandasının məğlub olmasını istəyən insanları başa düşmürəm”.

Qarşılaşma bu gün “Tottenhem”in doğma stadionunda keçiriləcək və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button