Azarkeşləri “Sumqayıt”ı 800 manat ziyana saldı
AFFA İntizam-Komitəsi “Sumqayıt” klubunu azarkeşlərinin davranışına görə 800 manat cərimələyib.
Komanda.az xəbər verir ki, buna Premyer Liqanın 14-cü turunda “Şamaxı” ilə matçda fanatların meydana kənar əşyalar atması səbəb olub.
Eyni məbləğdə “Neftçi” də cərimələnib. “Zirə” ilə keçirilən matçda “Neftçi Arena”ya kənar şəxslərin daxil olması “ağ-qaralar”ı 800 manat ziyana salıb.
“Sabah” isə “Turan Tovuz”a qarşı matçda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə ödəməli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin