“Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik” – “Sumqayıt”ın Müşahidə Şurasının sədri

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi daim şəhər sakinlərinin dəstəyini hiss edirlər”.

Komanda.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli qurumun iclasında bildirib.

O, komandanın yeni baş məşqçisi Saşa İliçə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.

Məmmədli bildirib ki, “Sumqayıt” klubu olaraq daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər:

“Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əlimizdən gələni edəcəyik”.

“Sumqayıt” UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button