“Azarkeşlərdən səbirli olmalarını xahiş edirəm” – “Mançester Yunayted”in sahibi
“Mançester Yunayted”in həmsahibi Cim Ratkliff klubun gələcək inkişafı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı milyarder bunları deyib:
“Biz hər şeyi yaxşı, düzgün, diqqətlə və tələsmədən etməliyik. Ona görə də bu, bir gecədə baş verən dəyişiklik deyil, iki və ya üç mövsüm çəkəcək. Azarkeşlərdən səbirli olmalarını xahiş edirəm”.
“Mançester Yunayted” sonuncu dəfə 2012/2013 mövsümündə İngiltərə çempionu olub.
25 turdan sonra “qırmızı şeytanlar” 44 xalla Premyer Liqada altıncı pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (60 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin