
Azarkeşlər “istefa ver” tələbi ilə Ronaldoya qarşı birləşdi
“Valyadolid”in azarkeşləri klubun sahibi, keçmiş futbolçu Ronaldo Nazarioya qarşı narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, onlar braziliyalı sabiq futbolçunun klubun idarəçiliyinə yetərincə maliyyə və mənəvi dəstək göstərmədiyini bildirirlər.
Ronaldo “Valyadolid”i 2018-ci ildə satın alıb. Ancaq bu illər ərzində nə böyük investisiya yatırıb, nə də klubun inkişafı üçün ciddi səy göstərib.
Hazırda klubu almaq istəyən ABŞ mənşəli bir konsorsiumun adı hallansa da, azarkeşlərin səbri tükənib. Onlar Ronaldoya qarşı “İstefa ver!” tələbi ilə onlayn petisiya başladıb. Petisiyada bildirilir ki, klub satılsa da, satılmasa da, Ronaldo mütləq şəkildə getməlidir.
“Valyadolid” hazırda İspaniya çempionatının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin