Azarkeşlər üçün “Qarabağ”ın formasını qazanmaq şansı

Sabah saat 18:30-dan 20:30-dək “Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda xüsusi aksiya keçiriləcək.

Komanda.az xəbər verir ki, imza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə ediləcək. Qaliblər püşkatma yolu ilə seçiləcək və hər bir forma “Qarabağ”ın oyunçuları tərəfindən imzalanacaq.

Mağazadan forma əldə edən hər bir şəxsə ardıcıllıqla sıra nömrəsi veriləcək. Bu nömrələr xüsusi lototrona daxil ediləcək.

Saat 20:30-da imza mərasimi bitdikdən sonra lototron vasitəsilə 5 qalib seçiləcək və qaliblər elan olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button