Qazaxıstan millisinin baş məşqçisinə avtomobil hədiyyə olunub

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev bildirib ki, Qazaxıstan Futbol Federasiyası komandanın AÇ-2024-ün seçmə mərhələsindəki çıxışından sonra ona avtomobil hədiyyə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis avtomobilin açarları ilə fotosunu sosial şəbəkədə paylaşıb:

“Mən özümü bu hədiyyəyə qismən layiq hesab etmirəm. Çünki fikrimcə, həm məşqçi, həm də komanda olaraq azarkeşlər qarşısında hələ istədiyimiz nəticələri əldə etməmişik. Biz məqsədimizə çatmaq və Avropa çempionatına çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Qazaxıstan yığması 18 xalla H qrupunda dördüncü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button