
Mbappeni fitə basdılar
“Real” İspaniya çempionatının 32-ci turunda doğma meydanda “Atletik”i qəbul edib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu yarımmüdafiəçi Federiko Valverde vurub.
Komanda.az AS-a istinadən xəbər verir ki, matç zamanı madridli azarkeşlər komandanın fransalı hücumçusu Kilian Mbappeni fitə basıblar.
Birinci hissənin ortalarında böyük ekranda 26 yaşlı futbolçunun yaxından çəkilmiş şəkli görünüb, ardınca “Santyaqo Bernabeu”nun tribunalarını uğultu səsləri bürüyüb. Mbappe cəzalı olduğu üçün bu matçı buraxıb. O, bu mövsüm “Real”ın heyətindfə 49 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



