
“Azarkeşlər məndən daha çox şey gözləyəcəklər” – Braziliyalı futbolçu
Braziliya millisinin və “Real”ın cinah oyunçusu Rodriqo Qoes ona ediləcək əlavə təzyiqlərdən danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, zədəli olan Vinisius Junior və Neymarın millidə yer almamasına görə azarkeşlərin ondan gözləntilərinin daha çox olacağını deyib:
“Düşünürəm ki, indi Vinisius və Neymarın zədələrinə görə azarkeşlər məndən daha çox şey gözləyəcəklər. Qarşıda bizi Argentina yığması ilə çətin matç gözləyir. Bu oyunda komandaların bir-birinə hörməti böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bizim onlara hörmət etdiyimiz kimi, onlar da bizə hörmət edəcəklər”.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində, noyabrın 22-də Argentina yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin