Azarkeşlər Adil Şükurovun istefasını tələb etdi

“Kəpəz” Premyer Liqanın 5-ci turunda səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, oyun bitdikdən sonra “sarı-göylər”in baş məşqçisi Adil Şükürov gəncəli azarkeşlər olan tribunanın qarşısına gedib. Onunla fanatlar arasında mübahisə yaşanıb. Azarkeşlər baş məşqçinin istefasını tələb ediblər.

Adil Şükürov mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi təyin olunub. Komanda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button