Azarkeşlərə kənar əşya atan 2 futbolçunun cəzası açıqlandı

Birinci Liqada çıxış edən “İmişli” klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev 5-ci turda “Karvan”la matçda fanatlara kənar əşya atıblar.

“İmişli” onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qarşılaşma “Karvan”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button