
Azarkeşlər braziliyalı qapıçını “tənqid atəşi”nə tutdu
“Mançester Siti”nin qapıçısı Ederson Klublararası dünya çempionatının 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə keçirilən oyundakı çıxışı ilə azarkeşlərin kəskin tənqidinə tuş gəlib.
“Şəhərlilər” ABŞ-da keçirilən turnirdə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Komanda.az xəbər verir ki, azarkeşlərin Edersonun çıxışı ilə bağlı sərt şərhləri “Sportbible” nəşrində yer alıb. Onlardan bəziləri belədir:
“Ederson trebli qazandığı gündən bəri top saxlamaq istəmir sanki”;
“Onu Alisson Bekkerlə müqayisə etdiklərinə inana bilmirəm”;
“Ayıbdır. Ederson matçda bir dəfə də olsun komandanı xilas etmədi. Hətta cəhd belə, göstərmədi”.
Braziliyalı qapıçı 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



