Azarkeşləri və hakimləri təhqir edən Abasovla Hacıyevə “hökm oxundu”

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Premyer Liqanın son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 9-cu turunun “Zirə” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tural Axundov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

9-cu turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimələnir.

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.

“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Səbail” oyununda matçboyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur.

“Səbail” klubunun futbolçusu Nikolas Raysel aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Matç bitdikdən sonra “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.

“Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button