Azarkeşlər etiraz etdi: “Milan” baş məşqçi ilə bağlı qərarı dəyişdi

Xəbər verdiyimiz kimi, “Milan” daha çox “Real” və İspaniya millisində işləməsi ilə tanınan Xulen Lopeteqini baş məşqçi təyin etmək istəyirdi.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu bir neçə gün əvvəl ispaniyalı çalışdırıcı ilə mövsümə 4 milyon avro maaşla, 3 illik müqavilə ilə bağlı anlaşıb. Amma “Milan” azarkeşləri ötən həftənin sonunda Lopeteqinin gəlişinə qarşı çıxmağa başlayıblar. Bunun üçün müvafiq petisiya yaradılıb. Məlumat klub rəhbərliyinə çatıb və rəhbərlik Lopeteqi ilə bağlı fikrini dəyişib.

Xulen Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan gözlənilmədən ayrılıb. İspaniyalı mütəxəssis o vaxtdan bəri işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button