“Azarkeşlərimiz çox tələbkardır, bu yarımfinalı istəyirlər” – “Benfika”nın baş məşqçisi
“Benfika”nın baş məşqçisi Rocer Şmidt komandasının Avropa Liqasının 1/4 finalında “Marsel”lə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis azarkeşlərin çox tələbkar olduğunu və bu yarımfinalı istədiklərini bildirib:
“Əlbəttə, qaçırmasaq, yarımfinala yüksələcəyik. Amma biz sadəcə müdafiə oluna bilmərik, cəsarətlə oynamalı, qol vurmalı və ən yaxşı keyfiyyətlərimizdən istifadə etməliyik. Bilirəm ki, azarkeşlərimiz bizi dəstəkləməyə çalışacaqlar. Biz həmişə onlara arxalana bilərik. Onlar çox tələbkardır, bu yarımfinalı istəyirlər, biz də istəyirik. Biz ümumi məqsədimiz uğrunda birlikdə mübarizə aparacağıq”.
Komandalar arasında ilk görüş 2:1 hesabı ilə Portuqaliya təmsilçisinin xeyrinə başa çatıb. Cavab matçı bu gün Marseldə keçiriləcək.
Bizi Facebook-da izləyin