Azarkeşlər bazaya hücum etdilər, divara “istefa” yazdılar FOTO


Fransanın “Marsel” klubunun azarkeşləri klubun bazasına hücum edib.

Komanda.az xəbər verir ki, buna səbəb komandanın son oyunlardakı uğursuz çıxışı olub. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Azarkeşlər klubun bazasına gələrək, baş məşqçi Rudi Qarsiyanın əleyhinə şüarlar səsləndirib və rəhbərlikdən mütəxəssisin istefaya göndərilməsini tələb ediblər.

Azarkeşlər bazanın divarına “Qarsiya, istefa” yazılı şəkil yapışdırıblar.

“Marsel” Liqa 1-də 18 turdan sonra 27 xalla 6-cı sırada qərarlaşıb. Komanda bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button